Kik Boks müəllimi

Ləqəbi – Ağ Canavar. Yanvarın 2-də 1978-ci ildə dünyaya gəlib . 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib. 1999-cu ildə İdman Akademiyasına daxil olub, 2004-cü ildə ali məktəbi bitirib. 2004-cü ildə Polis Akademiyasına daxil olub və 2008-ci ildə təhsilini müvəfəqiyyətlə başa vurub. 2010-cu ildə Polis Akademiyası nəzdində İdarəetmə və İxtisasartırma fakültəsini bitirib. Hal-hazırda Daxili İşlər Nazirliyində işləyir, polis mayoru rütbəsinədir və öz fəaliyyətinə görə bir sıra mükafatlara layiq görülüb. Bundan başqa Eduard Məmmədov Polis Akademiyası nəzdində İdarəetmə və İxtisasartırma fakültəsini bitirərək, üçüncü ali təhsilini alıb. 

1993-cü ildən peşəkar kikboksinqlə məşğuldur. Həmən ildən hal-hazırda Milli Məclisin deputatı Adil Əliyevin başçılıq etdiyi Azərbaycan Kikboksinq Federasiyasının idmançısıdır. “Neftçi” klubu uğrunda iştirak edir. İlk qələbəsini 1995-ci ildə, Azərbaycanda keçirilmiş ilk çempionatda qazanıb. Eduardın məşqçisi Azərbaycan Respublikasının əməkdar məşqçisi Çingiz Eyvazovdur. 

2011-ci ilin noyabr ayının 23-də Buta Palasda keçirilən tədbirdə Eduard Məmmədov ilin ən yaxşı idmançısı adına layig görülüb.